top of page
azwp_edited.jpg

Hakkımızda

Qadın böyük və əzəmətli qüvvədir. Qadın cəmiyyətə fərd, insanlıq sütununu yetişdirir. Sağlam və daha gözəl gələcəyin memarı əslində qadındır. Təbii ki, qadınların funksiyası tək uşaq böyütməklə yekunlaşmır. Dövlətin və cəmiyyətin inkişafında qadınların təşəbbüskarlığı danılmaz faktdır. Bu gün dünya statistikasına nəzər salsaq, qadınların çox yüksək mövqelərdə çalışdıqlarını görə bilərik. Həm özəl sektorda, həm də dövlət strukturlarında yetərincə öndə olan xanımlar var. Qadın cəmiyyətin aparıcı qüvvəsidir. Buna görə də hər sahədə qadın ağlına, qadın gözünə, qadın toxunuşuna ehtiyac var. Qadınlar öz gözəllikləri ilə dünyanı gözəlləşdirən varlıqlardır.
Azərbaycan qadınının əzmini, işgüzarlığını, bacarığını, zəkası və elmini nümayiş etdirmək "Global WoMen Magazine” jurnalının əsas amalı və hədəfidir. Hər zaman işgüzar və bacarıqlı qadınları bir araya toplayıb, onların uğurlarını nümayiş etdirdikdə biz qadınlarımızın öz köklərindən gələn əzəmət və vüqarı davam etdirdiyinin şahidi oluruq. Azərbaycan qadını güclüdür! 1000 il öncə də belə idi, indi də belədir. Biz qadınlarımızla fəxr edirik!

"Global WoMen  Magazine" layihəsi olan  "Azerbaijan Women Platform" fərqli sahədə çalışan nüfuzlu iş xanımlarını bir araya gətirən, onların həmrəyliyini və gözəlliklərini təqdim edən bir platformadır.
Bu jurnalda siz "Azerbaijan Women Platform" layihəsində iştirak edən və cəmiyyətdə işləri ilə, uğurları ilə ölkəmizdə elmin, sənətin, gözəlliyin, biznesin inkişafına təkan verən xanımları tanıyacaqsınız. Əsas hədəfimiz siz oxucularımızın yoluna işıq tutmaq, bu xanımların həyat və iş prinsiplərindən bəhrələnib addım atmağınıza dəstək olmaqdır. Oxuduqca sizi motivasiya edəcəyinə və daha irəli getmək, nüfuz sahibi, güclü və bacarıqlı iş xanımı olmaq üçün qətiyyətli addımlar atmanıza stimul olacağına ümid edirik. Heç vaxt unutmayın, qadın üçün keçmişin xatirələri və gələcək haqqında xəyallar önəmlidir. Amma onu hərəkətə gətirən bugünün duyğularıdır. Duyğularınızı, arzularınızı və xəyallarınızı gerçəkləşdirmək üçün onların arxasınca sürətlə qaçmağa başlayın. İrəli gedin, uğur qazanın və uğurlarınızı "Azerbaijan Women Platform"da hər kəslə bölüşün ki, siz də başqa qadınların ilham mənbəyinə çevriləsiniz. Unutmayın, zirvəyə qalxmaq nə qədər çətin və yorucu olsa da, ordan görünən mənzərəyə dəyər...

n kopya_edited.jpg

Nurlan Piri
“PHOTOGRAPHER”

pervane m.jpg

Pərvanə Məmmədova
“GLOBAL WOMEN MAGAZINE” & “AZERBAIJAN WOMEN PLATFORM” rəhbəri

fs.jpg

Fevzi Sürücü
“CINEMATOGRAPHER”

bottom of page