top of page

Gruplar

"Global WoMen  Magazine" layihəsi olan  "Azerbaijan Women Platform" fərqli sahədə çalışan nüfuzlu iş xanımlarını bir araya gətirən, onların həmrəyliyini və gözəlliklərini təqdim edən bir platformadır.
Bu jurnalda siz "Azerbaijan Women Platform" layihəsində iştirak edən və cəmiyyətdə işləri ilə, uğurları ilə ölkəmizdə elmin, sənətin, gözəlliyin, biznesin inkişafına təkan verən xanımları tanıyacaqsınız. Əsas hədəfimiz siz oxucularımızın yoluna işıq tutmaq, bu xanımların həyat və iş prinsiplərindən bəhrələnib addım atmağınıza dəstək olmaqdır. Oxuduqca sizi motivasiya edəcəyinə və daha irəli getmək, nüfuz sahibi, güclü və bacarıqlı iş xanımı olmaq üçün qətiyyətli addımlar atmanıza stimul olacağına ümid edirik. Heç vaxt unutmayın, qadın üçün keçmişin xatirələri və gələcək haqqında xəyallar önəmlidir. Amma onu hərəkətə gətirən bugünün duyğularıdır. Duyğularınızı, arzularınızı və xəyallarınızı gerçəkləşdirmək üçün onların arxasınca sürətlə qaçmağa başlayın. İrəli gedin, uğur qazanın və uğurlarınızı "Azerbaijan Women Platform"da hər kəslə bölüşün ki, siz də başqa qadınların ilham mənbəyinə çevriləsiniz. Unutmayın, zirvəyə qalxmaq nə qədər çətin və yorucu olsa da, ordan görünən mənzərəyə dəyər...

bottom of page