top of page

"WoMen Magazine" və "Azerbaijan Women Platform"un üzvü skin expert Nərgiz Baxşiyevadır.

Əziz oxucular, bugünkü qonağımız "WoMen Magazine" və "Azerbaijan Women Platform"un üzvü skin expert Nərgiz Baxşiyevadır.

Nərgiz xanım sizi yaxından tanıyaq. Özünüzü təqdim edin. Mən, Baxşiyeva Nərgiz skin expert. ADPU-nun Psixologiya fakültəsi məzunuyam. Daha sonra isə xəyallarımın ardınca gedərək Dublin universitetinin Tibb fakültəsinə daxil olmuşam. Hazırda təhsilimi davam etdirirəm. Eyni zamanda "PHİ academy" məzunuyam. Bu akademiya dəri və saç ilə işləyən akademiyadır. Bundan başqa "Maya academy"nin "Güzellik uzmanlığı" bölümünü bitirmişəm. Hazırda "Medholding Estetik" klinikasında dəri mütəxəssisi kimi fəaliyyət göstərirəm.

Günümüzdə yeni texnologiya, yeni cihazlarla müxtəlif prosedurlar həyata keçirilir. Siz öz fəaliyyətinizdə hansı cihaz və ya texnikadan istifadə edirsiniz?

Biz bilirik ki, günümüzdə xanımlarımızı daha çox narahat edən striyalar, post akne izləri, çapıqlar, dəri üzərindəki artıq ət xalları və papillomalardır. Xanımlar, eləcə də bəylər problemlərin həlli üçün müxtəlif üsullar sınayırlar. Sadəcə olaraq günümüzdəki bəzi aparatlar və prosedurlar çox ağrılı bir şəkildə icra olunduğundan bir növ pasiyenti qorxudur. Biz daha fərqli üsulla bu işi görürük. İşlədiyim texnika Phi-ion texnikasıdır ki, bu cihaz havanı plazma şəklinə çevirir və dəriyə təmas etmədən bu prosedur həyata keçirilir. 3-4 seansa tam 80-90% post akne və ya çapıq izlərinə, əməliyyat sonrası izlərə, striyalarla bağlı problemlərə son qoymaq mümkündür. Eyni zamanda Phi-ion texnikası ilə sallanmış göz qapaqlarının yığılması prosesi də həyata keçirilir. Digər yeni texnika isə "Dermopen" adlanan "Microneedling" (iynələmə) prosedurunu həyata keçirən cihazdır. Bu texnikadan saç və qaş tökülməsində, illərlə dərinləşmiş post akne izləri və çapıqların aradan qaldırılmasında istifadə olunaraq, çox gözəl nəticələr əldə edilir. Eyni zamanda məhz “Baby face" adlanan prosedur da microneedling cihazı ilə həyata keçirilir. Mən dəri mütəxəssisiyəm və dəri üzərində olan problemləri həll edirəm. Problemin neçə faiz və hansı müddətə aradan qaldırılmasını yalnız ilkin konsultasiya sonrası təyin etmək mümkündür. Konsultasiya zamanı təyin edirik ki, problem dəridədir, yaxud dəri altında, zədələnmiş dəri toxumasındadır. Biz zədələnmiş əzələnin bərpasını həyata keçirmirik, dəri səthində olan problemləri aradan qaldırırıq. Bunun üçün ilkin konsultasiya çox vacibdir. Bunu da vurğulamaq istəyirəm ki, ilk seansdan 100/100 nəticə mümkün deyil. Əgər pasiyentə ilk seansdan sonra 100% nəticə əldə olunacağı bildirilirsə, sürətlə həmin yerdən uzaqlaşmaq lazımdır, çünki aldanmağın bir addımlığındadır.

Bildiyimiz kimi saç tökülməsindən bir çox insan əziyyət çəkir. İynələmə üsulu ilə saçların bərpasının digər saç serumlarından və saç tökülməsini önləyən vasitələrdən nə kimi fərqləri və üstünlükləri var?

Bəli, bu həqiqətən belədir. Hazırda xanımlar və bəylər saç tökülməsindən çox əziyyət çəkirlər. Bu zaman müxtəlif preparatlardan, lasionlardan istifadə edirlər və PRP və başqa prosedurlara müraciət edirlər. Mənim tətbiq etdiyim üsulun fərqi budur ki, prosedur tam ağrısız, qansız şəkildə yerinə yetirilir. Yəni iynələmə üsulu dediyimiz "microneedling" kiçik iynə ucluqları ilə baş dərisinə serumun yeridilməsidir. Bu zaman iynə dərinin üst qatı ilə təmas edir və heç bir ağrı hissi olmur. Serumlar isə tam fərqli bir möcüzəvi təsirə malik serumlardır. Avstriyadan özəl olaraq sifarişlə gətirilir və ölkəmizdə heç bir tibbi müəssisədə satışı yoxdur. Digər serumlar 30-40% effektivlik göstərirsə, bu serumlar 70-80% saçı bərpa etmək qüvvəsinə malikdir. Təbii ki, pasiyent müraciət edərkən əvvəlcə laboratoriyada lazımı testlər verilir. Analizlərin cavabları yoxlanıldıqdan sonra prosedur icra olunur. Saç tökülməsinin səbəbini araşdırıb sonra müalicəyə başlamaq lazımdır ki, görülən iş düzgün və effektiv olsun.

Qarşıdakı planlarınız və hədəfləriniz nələrdir? Hansısa yeniliklər gözlənilirmi?

Mən müxtəlif xarici "workshop"larda iştirak edirəm. Son olaraq Kanadanın "Vancoderm" akademiyasının "Skin care and cosmetics lasers" və "Medical Aesthetician" bölmələrini uğurla başa vurmuşam. Növbəti nailiyyətlər "PHİ academy" və təbii ki, “Aesthetic education”da gözlənilir. Necə ki, biz saçı serumla və prosedurla çıxardırıq, eləcə də ikinci etapda daha qalın və ağarmış saçları belə öz rəngində bərpasına nail olmağı hədəfləmişik. Hədəflərim böyükdür. Azərbaycanda öz brendimi yaratmağı planlamışam və yaxın gələcəkdə buna nail olacağıma ümid edirəm.

Nərgiz xanım dermatologiya və kosmetologiya sahəsində olan yenilikləri öyrənib tətbiq etmək üçün müxtəlif xarici ölkələrdə beynəlxalq seminarlarda, kurslarda iştirak edirsiniz. Həm iş, həm təhsilə vaxt ayırmaq sizi yormur?

Mənim ən sevdiyim işim, peşəm bu sahə olduğu üçün, bu sahədə addımlamaqdan, irəliləməkdən, çalışmaqdan, hətta bu müxtəlif ölkələr, seminarlar belə olsa yorulmuram. Bu mənim üçün xoşdur. Sevdiyim işi görürəm və bu mənə əziyyət kimi görünmür. Mənim üçün yeni-yeni nailiyyətlər qazanıb, yenilikləri mənimsəyib, ölkəmizdə onu tətbiq etmək önəmlidir və bu mənə zövq verir. İşimi öncəliklə ən mükəmməl şəkildə görməyi hədəfləyirəm. Ən yaxşı məhsullardan istifadə edib, maksimum nəticə əldə etmək mənim iş prinsipimdir. Nə olur olsun yorulmaq, dayanmaq olmaz. Hədəfə çatmaq üçün məqsədin və əməlin birləşib səni irəliyə aparmalıdır. Liderlik sonradan qazanılmır, insan lider olaraq doğulur. Mən lider olaraq doğulduğuma əminəm və o zirvəyə çatmaq üçün irəliləyirəm.

Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, kosmetoloji prosedurlar ancaq xanımlar üçün lazımdır. Bu səbəbdən kişilərin kosmetoloqlara müraciəti çox nadirən baş verir. Bu mövzuya münasibətinizi bizimlə bölüşə bilərsinizmi?

Bəli, günümüzdə bəylər mərkəzlərə müraciət etməyə utanır, çəkinirlər. Ola bilsin ki, kollektivin çoxu qadınlardan ibarətdir bu səbəbdən və ya kosmetoloji prosedurların reklamında sadəcə xanımlar göstərilir deyə prosedurların sırf xanımlara aid olduğu düşünülür və bəylərimiz çəkinir mərkəzlərə müraciət etməyə. Mən tam əminliklə deyə bilərəm ki, bu yanlış yanaşmadır və bəylərimiz çox rahatlıqla bizim prosedurlardan istifadə edə bilərlər. Məhz saç tökülməsi, üzdəki çapıq izləri, qaz ayağı qırışlarının əmələ gəlməsi zamanı, hansı ki, daha çox 60/100 kişilərdə rast gəlinir, onlar çox rahatlıqla mərkəzimizə müraciət edə bilərlər. Tək xanımlarımız yox, bəylərimiz də baxımlı olmalıdırlar.

Xanımlar hər yaşda öz üz və bədən quruluşlarını qoruyub saxlamağa çalışır. Amma qaçılmaz olan deformasiyalar təbii ki, baş verir. Bu gün xanımların çoxunu narahat edən doğuş çatlarının estetik bərpasında son yeniliklər və tətbiq olunan texnika barədə nələri deyə bilərsiniz?

Doğuş çatları günümüzdə ən aktual problemlərdən biridir. Bildiyimiz kimi onu əməliyyat üsulu ilə aradan götürmək qeyri-mümkündür. Ona görə də mən yeni texnologiya ilə bu problemin həllində pasiyentlərimə köməklik göstərirəm. Azərbaycanda yeni olan PHİ texnikası ilə havanı plazmaya çevirib striya və doğuş çatlarını tez bir zamanda və çox effektiv bir şəkildə yığa bilirik. Dəriyə "0" təmas olduğu üçün ağrısız prosedur olduğunu da bir daha qeyd etmək istəyirəm. Çünki hava ilə təmasda olur və heç bir inyeksiya prosedurundan istifadə olunmur. Striyaların böyük və kiçikliyindən asılı olaraq prosedurun müddəti qısa və uzun çəkə bilər. Amma bu çox uzun prosedur deyil. İlk prosedur edilir və növbəti prosedur 3 ay sonraya təyin olunur. Bununla da siz striyalarınıza əlvida deyə bilirsiniz.

Niyə məhz "Azerbaijan Women Platform?"

Belə izah edim. Biz uğura gedən bu çətin, keşməkeşli yolumuzu nə ailəmizə, nə yaxınlarımıza, nə pasiyentlərimizə, nədə ətrafımızdakı insanlara çatdıra bilmirik. Onlar bu uğurların necə çətinliklə, zəhmətlə qazanıldığını bilmirlər. Buna görə də mən məhz "Azerbaijan Women Platform"u seçdim ki, siz bizim uğura gedən yolumuzu, çətin, asan, əyləncəli və xoş günlərimizi, yaxınlarımıza, pasiyentlərimizə, bizi sevən və seçən hər kəsə çatdırasınız. Hər şey üçün təşəkkür edirəm.



2 просмотра0 комментариев

コメント


bottom of page