top of page

CHANEL“CHANEL”

CHANEL

“CHANEL” 20-ci əsrin əvvəllərində Parisdə moda dizayneri Coco Chanel tərəfindən qurulan bir Fransız lüks geyim firmasıdır. Şirkət, Coco Chanelin iş ortağı olan Pierre Wertheimerin nəvələri Alain Wertheimer və Gerard Wertheimerə məxsusdur. Markanın üzü Katrin Denev, Merilin Monro, Odri Toutu,

Nikol Kidman kimi məşhurlar idi. Chanel moda evinin ilk butiki 1910-cu ildə Gabrielle Chanelin 160 Malesherbesdə, Parisdəki bir iş adamının mənzilinin birinci mərtəbəsində bir moda mağazası açmasıyla ortaya çıxdı. Coco Chanel icad etdiyi və tikdiyi şapkaları orada satır öz pulunu qazanırdı. Daha sonra İngilis sosialist və polo ifaçısı Arthur Capel ilə dost oldu. O, Parisdəki 21 rue Cambon küçəsində ilk müstəqil moda mağazası Chanel Modesu maliyyələşdirdi. 1913-cü ildə Chanel mağazalarında qadınların idmanla məşğul olması üçün rahat idman geyimləri satışa çıxarıldı. Chanel qızıl rəngli metal və dəri

zəncirlərlə dəri çantaları təqdim etdi. Bu da çantanı çiyindən və ya əldən götürməyə imkan verdi. Kapitone dəri çanta 1955-ci ilin fevralında xalqa təqdim edildi. 1996 Chanel “Allure” ətirini buraxdı. Chanel ilk “Precision” dəriyə qulluq xəttini 1999-cu ildə başlatdı.2018-ci ilin dekabrında Chanel xəz və ekzotik dərilərin satışını qadağan edəcəyini bildirdi. Chanel 2003-cü ildə gəncləri hədəf alan “Coco Mademoiselleni” təqdim etdi. Chanel ilk öncə qadın modasına gödəkçə və kiçik bir qara paltar gətirdi. Aksesuarların ən məşhuru isə zəncir üzərində çanta və böyük zərgərlik idi. İlk növbədə kamelya broşları və süni incilər hər kəsin maraq dairəsinə çevrildi. “Chanel No.5" ətri XX əsrin parfüm satışında öz sözünü deyərək hər kəsin sevimli ətrinə çevrildi.



3 views0 comments

Comments


bottom of page